UNEC Tərcümə Mərkəzi

Mərkəz iqtisadiyyat, mühəndislik, texnologiya və rəqəmsallaşma sahələrində beynəlxalq mənbələrin azərbaycan dilinə, həmçinin azərbaycan dilində olan dərslik, elmi məqalə və sənədlərin xarici

dillərə tərcüməsini həyata keçirir.

2016-cı ildə yaradılan UNEC Tərcümə Mərkəzi universitetdə tədris və elmi fəaliyyətin yüksək keyfiyyətli tərcümə materialları ilə təmin olunmasına xidmət edir. 

Tərcümə Mərkəzi UNEC-in beynəlxalqlaşma siyasətinə dəstək verir, eləcə də multikultural akademik mühitin inkişafına və qlobal əməkdaşlıqların genişlənməsinə töhfə verir.

Əsas fəaliyyət istiqamətlərinə aiddir:

Tədris və elmi fəaliyyət üçün yazılı və sinxron (şifahi) tərcümə xidmətləri; Xarici dillərdən (ingilis, fransız, alman, rus, yapon, çin, koreya, türk, ərəb, fars) Azərbaycan dilinə tərcümə; - Azərbaycan dilində yazılmış dərslik, məqalə və sənədlərin yuxarıda göstərilən xarici dillərə tərcüməsi; 


Elmi məqalələrin, rəsmi sənədlərin, layihə materiallarının peşəkar tərcüməsi; Tərcümə sahəsində forumlar, təlimlər, vebinarlar və konfransların təşkili; İqtisadi, texniki və mühəndislik sahələri üzrə lükət və terminoloji materialların hazırlanması; Ödənişli tərcümə xidmətləri və sənədlərin notarial təsdiqli tərcüməsi.