“UNEC Expert” jurnalı UNEC-in yeni nəsil elmi-analitik jurnallarından biridir. Jurnal ənənəvi akademik yanaşmalardan fərqli olaraq, daha çox analitik təhlillərə, praktik iqtisadi nəticələrə və aktual iqtisadi məsələlərin ekspert dəyərləndirməsinə əsaslanır.