UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” və “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedraları ləğv edilərək onların bazasında “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrası yaradılmışdır.
02.09.2022-ci il tarixdən i.f.d. Elşən Məmmədov “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.